Your practical
solutions to profit

Learn more


Son xəbərlər:

  • İllik hesabat
  • December, 2014


    Azərbaycanda ilk dəfə olaraq PSG-nin iki əməkdaşı ICALS - üstün liderlik sertifikatına layiq görülmüşdür.

  • Mart - Aprel, 2014

    2-5 aprel 2014-cü il tarixdə Bakı şəhərində keçiriləcək İNEPO-AVRASİYA Ekologiya Olimpiadasının keçirilməsinə təşkilati dəstək.

  • Fevral, 2014

    “Praktikal Salyuşns Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 28.02.2014-cü il tarixli AZ 031/11.1/12.0549.01.14 nömrəli Akkreditasiya Attestatı ilə “Ekspert-auditorların sertifikatlaşdırılması orqanı” kimi Akkreditasiya olunub.

  • Aprel - May, 2013

    Bakıda Dünya İqtisadi Forumunun təşkil edilməsi . Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının “ Birlikdə gələcəyə “ adlı I beynəlxalq forumuna təşkilati dəstəyin göstərilməsi.

  • Oktyabr - Noyabr, 2013

    İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi formunda keçiriləcək Azərbaycan gecəsi tədbirinin təşkil edilməsi.

  • Aprel, 2012-ci il

    PSG NDB ölkələrin ən nüfuzlu energetik şirkətlərin biri ilə vergi, gömrük, daşınma və hüquq sahələrində konsaltinq xidmətlərin göstərilməsi barədə müqavilə imzalayıb.

  • Mart -Aprel, 2012-ci il

    10-12 Aprel 2012-ci il - PSG ARDNŞ-nın OGPC Forumunun keçirilməsində təşkilati dəstək göstərib

  • Fevral, 2012-ci il

    PSG “EPC Consulting” ilə birgə Neft Şirkəti üçün gübrə texnologiyaların lisenziya sahibləri üzrə marketinq tədqiqatını aparıb.

  • Yanvar - Fevral , 2012

    ABŞ-nın Vaşinqton şəhərində təşkil edilən Azərbaycan-ABŞ Konfransına təşkilati dəstəyin göstərilməsi.

  • Yanvar, 2012

    PSG “EPC Consulting” ilə birgə Neft Şirkəti üçün istifadədə olmuş neft-kimya avadanlıqlarının təchizatı layihəsinin idarəedilməsi üzrə konsaltinq xidmətlərini göstərib.

XƏBƏR ARXİVİ

Bizim işçi heyətimiz

Günel İsmaylova,
departament rəisi


Günel İsmayılova Bakı Dövlət Universitetinin hüquq fakültəsini 2006-cı ildə bitirib, 2002-ci ilin oktyabr ayından 2005-ci ilin aprel ayınadək Azərbaycan Hüquqçular Assosiasiyasında hüquqşünas köməkçisi, 2004-cü ilin yanvar ayından aprel ayınadək ATƏT-in Bakı Ofisi və ODİHR tərəfindən həyata keçirilən “Ədalətli Məhkəmə Standartları monitorinqi və hesabatlıq” proyektində hüquqşünas-müşahidəçi, 2005-ci ilin aprel ayından 2006-cı ilin may ayınadək Bakı şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsində hüquqşünas köməkçisi, 2006-cı ilin may ayından 2008-ci ilin iyul ayınadək Hüquqi Yardım Mərkəzində (ABA CEELİ) hüquqşünas, 2007-ci ilin yanvar ayından 2008-ci ilin iyul ayınadək Səyyar hüquqşünaslar proqramı (ABA CEELİ) çərçivəsində hüquq məsləhətçisi (yarımştat), 21 İyul 2008–ci ildən 30 sentyabr 2011-ci ilədək Hüquqi Yardım Mərkəzində Baş hüquqşünas / proqram rəhbəri vəzifəsində çalışmışdır.

İngilis, rus, türk dillərini bilir.

gunel.ismailova@psg.az


Sevinc Əliyeva,
Hüquqşünas


2Sevinc Əliyeva 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2000-ci ildə isə “cinayət hüququ və cinayət prosesi” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. O, hal-hazırda Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun “Cinayət prosesi” şöbəsinin dissertantıdır. 2001-2003–cü illər ərzində Azərbaycan Beynəlxalq Universitetində “Cinayət hüququ” kafedrasında müəllim vəzifəsində çalışıb. “Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi” İctimai Birliyində baş hüquqşünas, 2006-2011-cı illər ərzində Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisinin (ABA-CEELİ) Hüquqi Yardım Mərkəzində hüquqşünas vəzifəsində işləyib. “Yuvenal Ədliyyə” dərsliyinin və bir çox broşur və məqalələrin müəllifidir. 2009-cu ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Rus, türk dillərində danışır.

sevinj.aliyeva@psg.az


Şəfa Camalzadə,
Hüquqşünas


Şəfa Camalzadə 2003-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2005-ci ildə isə “mülki və kommersiya hüququ” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. O, hal-hazırda Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun “Mülki hüquq və mülki proses” şöbəsinin dissertantıdır. Hələ tələbə vaxtlarından bir çox elmi seminar və treninqlərin iştirakçısı olub, çoxlu sayda sertifikatlar əldə edib. Onun ilk iş təcrübəsi “Advokat Servis” hüquq firmasında olub. Daha sonra isə bir sıra beynəlxalq və yerli təşkilatlarda çalışıb. 2006- 2011–ci illər arasında Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisinin (ABA-CEELİ) Hüquqi Yardım Mərkəzində hüquqşünas işləyib, eyni zamanda Xəzər və Qafqaz Universitetlərində müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Bir neçə broşur və elmi məqalələrin müəllifidir.

2009-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Rus, türk dillərində danışır.

shefa.jamalzade@psg.az


Azər Nağıyev,
Hüquqşünas


Azər Nağıyev Bakı Dövlət Universitetinin Hüquq Fakültəsindən 2004-cü ildə bakalavr, 2006-cı ildə isə magistr dərəcəsi almışdır. Azər “Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA CEELİ)” – nin Bakı ofisində “Azərbaycan Respublikasında Vəkilliyin inkişafı pilot layihəsi çərçivəsində” proqram rəhbərinin köməkçisi və hüquqşünas kimi müxtəlif təlimlərə cəlb olunmuş, eyni zamanda hüquqi və fiziki şəxsləri ümumi və iqtisad məhkəmələrində təmsil etmişdir. 2006-2011-ci illərdə Hüquqi Yardım Mərkəzində (ABA CEELİ) hüquqşünas/proqram rəhbərinin köməkçisi vəzifəsində çalışmışdır.

2009-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Rus, türk dillərində danışır.

azer.logmanoglu@psg.az


Əlibaba Rzayev,
Vəkil Mentor


Əlibaba Rzayev 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirmiş və həmin ildən də praktik hüquqşünas kimi fəaliyyətə başlamışdır. 2004-cü ildən isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. “Praktikal Solyuşans Qrup”da baş hüquqşünas kimi fəaliyyətə başlamamışdan əvvəl vəkilliklə yanaşı, “Save children”, “Counterpart international”, Norveç Qaçqınlar Şurası, İFES, Qaçqınlar üzrə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı, Açıq Cəmiyyət İnstitutu və ABA ROLİ kimi bir çox beynəlxalq təşkilatlarda işləmişdir. O, həmçinin Xəzər Universitetinin Hüquq Klinikasında cinayət hüququ üzrə təlimçi vəzifəsində çalışmışdır.

Rus və tür dillərində danışır.

alibaba.rzayev@psg.az

Write Us

Vakansiyalar

Karyeranızı bizilmlə qurun! PSG-də iş peşəkarlıq, çoxtərəfli fəaliyyət, bilik və səmimi kollektiv ilə bərabər geniş təcrübə deməkdir.
Bizimlə çalışdıqda, qarşınızda hüquqi, vergi, maliyyə, təchizat, biznesin idarəedilməsi və ətraf mühit məsələlər üzrə yüksək dərəcəli mütəxəssis kimi karyeranızın inkişafı üçün geniş imkanlar yaranır.
Hal hazırda işimizin perspektivlərini və mürəkkəbliyini bizimlə bölüşdürə bilən yüksək kvalifikasiyaya və təcrübəyə malik mütəxəssislərin işə qəbulu aparılır.

Hal hazırda bizdə aşağıdakı vakansiyalar açıqdır:

1. Tərcüməçi
2. Hüquqşünas
3. Maliyyə Meneceri