Your practical
solutions to profit

Learn more


Son xəbərlər:

  • İllik hesabat
  • December, 2014


    Azərbaycanda ilk dəfə olaraq PSG-nin iki əməkdaşı ICALS - üstün liderlik sertifikatına layiq görülmüşdür.

  • Mart - Aprel, 2014

    2-5 aprel 2014-cü il tarixdə Bakı şəhərində keçiriləcək İNEPO-AVRASİYA Ekologiya Olimpiadasının keçirilməsinə təşkilati dəstək.

  • Fevral, 2014

    “Praktikal Salyuşns Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 28.02.2014-cü il tarixli AZ 031/11.1/12.0549.01.14 nömrəli Akkreditasiya Attestatı ilə “Ekspert-auditorların sertifikatlaşdırılması orqanı” kimi Akkreditasiya olunub.

  • Aprel - May, 2013

    Bakıda Dünya İqtisadi Forumunun təşkil edilməsi . Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının “ Birlikdə gələcəyə “ adlı I beynəlxalq forumuna təşkilati dəstəyin göstərilməsi.

  • Oktyabr - Noyabr, 2013

    İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi formunda keçiriləcək Azərbaycan gecəsi tədbirinin təşkil edilməsi.

  • Aprel, 2012-ci il

    PSG NDB ölkələrin ən nüfuzlu energetik şirkətlərin biri ilə vergi, gömrük, daşınma və hüquq sahələrində konsaltinq xidmətlərin göstərilməsi barədə müqavilə imzalayıb.

  • Mart -Aprel, 2012-ci il

    10-12 Aprel 2012-ci il - PSG ARDNŞ-nın OGPC Forumunun keçirilməsində təşkilati dəstək göstərib

  • Fevral, 2012-ci il

    PSG “EPC Consulting” ilə birgə Neft Şirkəti üçün gübrə texnologiyaların lisenziya sahibləri üzrə marketinq tədqiqatını aparıb.

  • Yanvar - Fevral , 2012

    ABŞ-nın Vaşinqton şəhərində təşkil edilən Azərbaycan-ABŞ Konfransına təşkilati dəstəyin göstərilməsi.

  • Yanvar, 2012

    PSG “EPC Consulting” ilə birgə Neft Şirkəti üçün istifadədə olmuş neft-kimya avadanlıqlarının təchizatı layihəsinin idarəedilməsi üzrə konsaltinq xidmətlərini göstərib.

XƏBƏR ARXİVİ

Şirkət haqqında

Practical Solutions Group LLC ən yüksək dərəcəli tam hüquq və biznes konsaltinq xidmətləri göstərən şirkətdir. PSG hər müştərinin fərdi tələblərini qarşılamaq və müştərinin əlavə gəlir əldə etmək üçün hazırlanmış geniş sahəli hüquq həllərini və strateji konsaltinq xidmətlərini təklif edir. PSG biznes, investisiya, məşğulluq, müqavilələr, maliyyə təminatı, layihə idarəçiliyi və s. sahələrdə strateji məsləhətlər və bələdçilik təmin edir.

PSG mürəkkəb biznes məsələlər və problemlər üçün nadir və yaradıcı həllərin hazırlanmasında zəngin təcrübəyə malikdir. Ehtimal oluna bilən problemləri və müştərimizin iş əmsalının artım yollarını müəyyən etmək üçün, PSG müştərinin iş fəaliyyəti və xərclər strukturu haqqında maksimum məlumatı əldə etməyə səy göstərir. Xidmətlərimizin effektiv və fərdi ehtiyaclara istiqamətləndirilmiş olduğuna görə, biz müştərilərimizin biznes məqsədlərinə çatmalarına və çox vaxt gözlədiklərindən artıq olduğuna görə fəxr edirik.

PSG səmimi söhbət, sürətli nəticələr, peşəkarlıq və minimal təzyiq taktikasına dəyər verir. Təcrübəmizin genişliyindən və ən qabaqcıl üsullardan istifadə edərək, biz bütün işlərimizə müştərimizin daha üstün keyfiyyət dərəcəsinə çatmasında kömək imkanına kimi baxırıq.

PSG üçün müştəri hər şeydən üstündür!

Write Us

Vakansiyalar

Karyeranızı bizilmlə qurun! PSG-də iş peşəkarlıq, çoxtərəfli fəaliyyət, bilik və səmimi kollektiv ilə bərabər geniş təcrübə deməkdir.
Bizimlə çalışdıqda, qarşınızda hüquqi, vergi, maliyyə, təchizat, biznesin idarəedilməsi və ətraf mühit məsələlər üzrə yüksək dərəcəli mütəxəssis kimi karyeranızın inkişafı üçün geniş imkanlar yaranır.
Hal hazırda işimizin perspektivlərini və mürəkkəbliyini bizimlə bölüşdürə bilən yüksək kvalifikasiyaya və təcrübəyə malik mütəxəssislərin işə qəbulu aparılır.

Hal hazırda bizdə aşağıdakı vakansiyalar açıqdır:

1. Tərcüməçi
2. Hüquqşünas
3. Maliyyə Meneceri